Bakıda “BMW”dən iki tapança tapılıb
31 mart 2014 10:28 (UTC +04:00)

Bakıda “BMW”dən iki tapança tapılıb

0

Bakıda avtomobildən silah-sursat tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, yol polisi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, martın 29-da Babək prospektində Bakı şəhər sakini Hikmət Sadıqovun idarə etdiyi «BMW» markalı avtomobildən 2 ədəd pnevmatik tapança və 7 ədəd 9 mm patron aşkar edilib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1347

Oxşar yazılar