Bakı şəhərinin Suraxanı rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Əmircan qəsəbəsi Məktəbli küçəsində yaşayan 1940-cı il təvəllüdlü Məcidzadə Aidə Əmirəli qızı özünü yaşadığı evdə asıb.
Bildirilir ki, intihar edən 74 yaşlı qadın uzun müddət imiş ki xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.