Bakıda intihar hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Səməd Vurğun küçəsi 155 ünvanında yaşayan 1949-cu il təvəllüdlü Yuliya Məmmədova özünü asaraq intihar edib. 65 yaşlı qadın mənzilinin eyvanında dəmir barmaqlığa ip keçirərək özünü asıb.
Faktla balı Nəsimi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.