Bakının S.Əsgərova küçəsində yaşayan 1953-cü il təvəllüdlü Sahibə Nəzərovanın yaşadığı mənzildən narkotik vasitələr aşkar edilib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yasamal RPİ Narkotiklə Mübarizə Bölməsi və 26-cı PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qadının üzərindən 6,115 qram tiryək, 2,273 qram heroin, yaşadığı evdən isə 440 qram tiryək aşkar olunaraq götürülüb.
Araşdırmalar davam etdirilir.