Bakıda 5 maskalı şəxs odlu silahla mənzilə basqın edib - YENİLƏNİB
05 mart 2014 10:29 (UTC +04:00)

Bakıda 5 maskalı şəxs odlu silahla mənzilə basqın edib - YENİLƏNİB

0

Külli miqdarda pul aparılıb

 

 

Bakı şəhərinin Suraxanı rayonu ərazisində silahlı quldurluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Yeni Suraxanı qəsəbəsi, dalan 4A, mənzil 20 ünvanına 5 naməlum şəxs basqın edib. Tapança və xəncərlə silahlanmış maskalı şəxslər ev sahibəsi, 1970-ci il təvəllüdlü Məmmədova Elmira İkram qızını hədələyib, ona qarşı zor tətbiq ediblər. Mənzildəki 16 min manat pulu götürən maskalı şəxslər aradan çıxıblar.

 

Quldurluq hadisəsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olan kimi zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlanılıb.

 

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3102

Oxşar yazılar