Fevralın 17-də Bakıda qanlı hadisə baş verib. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 21 radələrində 1983-cü il təvəllüdlü Əliyev Sünafiq Habil oğlu 1955-ci il təvəllüdlü Hüseynov Bahadır Fəxri oğlunu baltalayaraq öldürməyə cəhd göstərib. 30 yaşlı S.Əliyev özü ilə gətirdiyi çapacaqla (mətbəxdə istifadə olunan kiçik balta) 58 yalı kişiyə çoxsaylı xəsarət yetirib. B.Hüseynov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakta əlaqədar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb.