Bakıda intihar hadisəsi baş verib. Yasamal Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, rayon sakini 56 yaşlı Zaur Əliyarov yaşadığı evdə özünü asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanıb, araşdırma aparılır.