Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Hövsan qəsəbəsi O.Babaşov küçəsində yerləşən nömrəsiz evdə yaşayan 50 yaşlı Solmaz Qasımova mənzilin hamam otağında dəm qazından boğularaq ölüb. Onun meyitini yaxınları aşkarlayıb.
Faktla bağlı araşdırma aparılır.