Bakıda 3 piyada yol qəzasının qurbanı oldu
10 fevral 2014 11:39 (UTC +04:00)

Bakıda 3 piyada yol qəzasının qurbanı oldu

Fevralın 9-da Bakıda 3 piyada vurma hadisəsi baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Nizami rayonu Abbasov küçəsində Elçin Cəfərov idarə etdiyi “VAZ 21 015” markalı avtomobillə 1935-ci il təvəllüdlü Abbasov Rafiq Tofiq oğlunu vurub. 79 yaşlı piyada hadisə yerindəcə keçinib.

 

Bundan başqa Xəzər və Qaradağ rayonlarında da piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib.

 

Hər 3 hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1019

Oxşar yazılar