Bakıda 3 nəfər bıçaqlanıb
28 oktyabr 2015 10:53 (UTC +04:00)

Bakıda 3 nəfər bıçaqlanıb

0

 

Bakıda bıçaqlanmaya görə axtarışda olan şəxslər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Zirə qəsəbəsində əvvəllər məhkum olunmuş, 1972-ci il təvəllüdlü Telman Məmmədov mübahisə zəminində 1978-ci il təvəllüdlü Şirməmməd Qafarova bıçaq xəsarəti yetirdiyinə görə yaxalanıb.

 

Bundan başqa Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 13-də Binə qəsəbəsində Qalib Rəhimova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Tofiq İmanov tutulub.

 

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 23-də A.Neymətulla küçəsində xuliqanlıq zəminində 1998-ci il təvəllüdlü Emin Qasımova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Əlisəfa Tağıyev tutulub.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar