Bakıda 3 maşın toqquşdu: 3 yaralı
03 oktyabr 2015 01:18 (UTC +04:00)

Bakıda 3 maşın toqquşdu: 3 yaralı

0

Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

 

APA-nın məlumatına görə, prospektin hava limanından şəhərin mərkəzinə doğru gedən hissəsindən üç avtomobil toqquşub. Prospektlə hərəkətdə olan "Hyundai" markalı avtomobilə arxadan "KİA" markalı maşın çırpılıb. Arxadan yüksək sürətlə gələn VAZ-2107 markalı avtomobilin sürücüsü isə idarəetməni itirib və maşını qəzaya uğramış avtomobillərə çırpıb. Qəza nəticəsində "VAZ-2107"-nin sürücüsü, 1986-cı il təvəllüdlü Şirinov Qüdrət Fariz oğlu və həmin maşındakı sərnişinlər - 1987-ci il təvəllüdlü Quliyev Emil Məzahir oğlu, 1981-ci il təvəllüdlü Bədəlov Rəşad Əliseyran oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 199

Oxşar yazılar