Dekabrın 11-i axşam saatlarından etibarən Bakıya yağan sulu qar şəhərdə bir sıra problemlər yaradıb. Lent.az-ın məlumatına görə, yağıntı səbəbindən bəzi yollarda tıxac və sıxlıq yaranıb. Xətai rayonu ərazisində, Nəcəfqulu Rəfiyev küçəsində isə 3 avtobus “Azərsu” Səhmdar Cəmiyyətinin qazdığı çuxura düşüb. Avtobuslarda olan sərnişinlər təxliyə edilib. ərazidə kanalizasiya xətti olmadığından yolda sel yaranıb ki, bu da piyadaların suyun içində qalmasına səbəb olub.
Hazırda Nəcəfqulu Rəfiyev küçəsində texnikanın köməyi ilə yolda qalmış avtobusların hərəkət hissəsindən kənarlaşdırılması işləri görülür. Yolda hərəkət demək olar ki dayanıb.