Martın 15-də Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakıxanov qəsəbə sakini 1975-ci il təvəllüdlü Afət Cəlilova evində dəm qazından zəhərlənərək ölüb.
Faktla əlaqədar ekspertizalar təyin edilib, araşdırmalar aparılır.