Bakının Suraxanı rayonunda qadın dəm qazından boğularaq ölüb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qaraçuxur qəsəbə sakini, 1977-ci il təvəllüdlü Hüseynova Elnarə Əli qızı yaşadığı mənzildə dəm qazından boğulub. Onun meyitini ailə üzvləri aşkarlayıblar.
E. Hüseynovanın iki övladı varmış. Faktla əlaqədar araşdırmalar aparılır.