Oktyabrın 22-nə keçən gecə Bakı şəhərinin Binəqədi rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Novxanı qəsəbəsində yerləşən “Şəfəq” pansionatında 36 yaşlı Nəsib Hüseynov həyat yoldaşı 27 yaşlı Aygül Hüseynovanı ailə-məişət münaqişəsi zəmində qətlə yetirib. Bildirilir ki, N.Hüseynov uzun illər imiş ki, musiqiçi fəaliyyəti göstərirmiş. Tarzən olan 36 yaşlı Şuşa sakini toylara da gedirmiş. O həm də yaşadığı sanatoriyanın yaxınlığında mağaza işlədirmiş. Baş vermiş qətl hadisəsinin təməli də həmin mağazada qoyulub.
N.Hüseynov ilkin ifadəsində bildirib ki, həyat yoldaşı 27 yaşlı Aygül çox qısqanc olub. Dünən evə gec gəldiyinə görə xanımı onun işlədiyi mağazaya gəlib və mübahisə edib. N.Hüseynov banka kredit ödəməyə və digər işlərinə görə şəhərə getdiyini deyib. Lakin mübahisə daha da qızışıb. N.Hüseynovun anası da mağazaya gəlib. Lakin A.Hüseynova sakitləşməyib. Daha sonra onlar pansionatdakı mənzilə yollanıblar. Bir qədər qarşıda gedən A.Hüseynoav tez evə daxil olub və bıçağı götürərək özünü öldürəcəyini deyib. N.Hüseynov isə bıçağı çətinliklə həyat yoldaşının əlindən alıb və onun döş qəfəsinin sol hissəsinə bir zərbə endirib. Ürək nahiyəsindən ağır yaralanmış qadın hadisə yerindəcə ölüb.
Hadisə N.Hüseynovun anasının və iki azyaşlı uşağının gözü önündə baş verib.
Hazırda faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
*****
10:15
Bakıda 36 yaşlı kişi arvadını amansızlıqla öldürdü
Bakı şəhərinin Binəqədi rayonu ərazisində daha bir qətl hadisəsi törədilib. Rayon ProkurorluğundanLent.az-a verilən məlumata görə, Novxanı qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı Şəfəq pansionatında Şuşa rayon sakini 1977-ci il təvəllüdlü Hüseynov Nəsib Qurban oğlu həyat yoldaşı 27 yaşlı Hüseynova Aygül Mənsur qızını bıçaqlayaraq qətlə yetirib. 36 yaşlı kişi həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib. Qadın hadisə yerindəcə keçinib.
N.Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, bu son günlər Binəqədi rayonunda törədilmiş dördüncü qətl hadisəsidir.