Bakı şəhərinin Xətai rayonu ərazisində kişi meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Məhəmməd Hadi küçəsi 63 ünvanının qarşısından 30-35 yaşlı kişiyə məxsus meyit aşkarlanıb. İlkin baxış zamanı meyitin üzərində hər hansı zorakılıq əlamətləri müəyyən edilib.
Meyit ekspertizadan keçirilməsi üçün aidiyyatı üzrə göndərilib. Ölən şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılır.