Bakıda törədilmiş dəhşətli qətlin üstü açılıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Dərnəgül qəsəbəsindəki yataqxanada 1986-cı il təvəllüdlü Kazımova Aynurə Şahlar qızının başını kəsən şəxsin 1980-ci il təvəllüdlü Ələkbərov Rafiq Eldar oğlu olması müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ələkbərov saxlanılıb.
Müəyyən edilib ki, R.Ələkbərov A.Kazımova ilə vaxtaşırı görüşürmüş. 33 yaşlı kişi qadının başqası ilə də görüşdüyünü öyrənəndən sonra onu öldürmək qərarına gəlib və bıçaqla başını kəsib.
R.Ələkbərov qətli qısqanclıq zəminində törətdiyini etiraf edib.
******
27.12.2013 / 10:17
Bakıda dəhşətli qətl hadisəsi törədilib. Lent.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində, Dərnəgül qəsəbəsindəki məcburi köçkünlərin yataqxanasında, Füzuli rayon sakini 1986-cı il təvəllüdlü Kazımova Aynurə Şahlar qızı qətlə yetirilib. Hadisəni törədən şəxs qaçmağa müvəffəq olub. Hazırda onun yaxalanması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bildirilir ki, qətli törədən şəxs A.Kazımovanın başını kəsib. Qadın hadisə yerindəcə keçinib.
Qeyd edək ki, qətlə yetirilən A.Kazımova ailəli olub. Faktla bağlı cinayət işi açılıb.