Bakıda 27 yaşlı oğlanın 22 min manatını oğurlayıblar
20 fevral 2014 11:50 (UTC +04:00)

Bakıda 27 yaşlı oğlanın 22 min manatını oğurlayıblar

Bakı şəhərinin Yasamal rayonunda mənzildən külli miqdarda pul oğurlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, X.Dadaşov küçəsi 228 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Soltanov Zamin Füzuli oğlu 102 xidmətinə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər onun evindən oğurluq edib. Z.Soltanov bildirib ki, fevralın 19-da saat 15-17 arasında evdə kimsənin olmadığı müddətdə açarseçmə yolu ilə mənzilə soxulan şəxslər evdən 20 min manat, 2600 dollar və qiymətli əşyalar oğurlayıblar.

 

Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 1338
avatar

Nizam Rza

Oxşar yazılar