Bakıda 26 yaşlı oğlanın itkin düşməsi barədə polisə məlumat daxil olub. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, bu barədə Şirin Mirzəyev küçəsində yaşayan Bəşirova Yeganə Bəşir qızı bildirib. Qadın müraciətində qeyd edib ki, oğulluğa götürdüyü Rüstəmov Ruslan Yolçu oğlu bir neçə gün əvvəl evdən çıxıb və bir daha geri qayıtmayıb. R.Rüstəmovdan xəbər almaq, onunla əlaqə saxlamaq mümkün olmayıb.
Müraciətlə bağlı araşdırmalar aparılır.