Bakıda başından güllənən gənclə bağlı bəzi məqamlar məlum oldu - YENİLƏNİB
13 yanvar 2014 10:41 (UTC +04:00)

Bakıda başından güllənən gənclə bağlı bəzi məqamlar məlum oldu - YENİLƏNİB

Yanvarın 11-də Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar məlum olub. Lent.az-ın məlumatına görə, metronun “20 Yanvar” stansiyası yaxınlığında 1986-cı il təvəllüdlü Novruzov Ramil Məhərrəm oğlu tapança ilə güllələnərək qətlə yetirilib. Hadisəni törədən şəxs 28 yaşlı R.Novruzovun baş nahiyəsinə atəş açıb. R.Novruzov hadisə yerindəcə keçinib.

 

Məlumata görə, qətlə yetirilmiş şəxs Bakı şəhər Nizami rayon sakinidir. O əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi və quldurluq əməllərinə görə məhkumluq həyatı yaşayıb.

 

Qətlin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum olmasa da, hadisənin R.Novruzovun əvvəlcədən tanıdığı şəxs tərəfindən törədildiyi ehtimal edilir.

 

 

******

 

 

12.01.2014 / 12:00

 

 

 

Bakıda silahlı insident olub. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə “20 Yanvar” metro stansiyasının yaxınlığında yerləşən “Görüş” kafesinin arxasında baş verib. Kafedən çıxan 25 yaşlı Ramil Məhərrəm oğlu Novruzov naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.

 

Hadisənin hansı zəmində və kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

 

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Faktla bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10565
avatar

Nizam Rza

Oxşar yazılar