Bakı şəhərinin Yasamal rayonu ərazisində gənc oğlan bıçaqlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hüseyn Cavid prospekti 33 ünvanının qarşısından 1989-cu il təvəllüdlü Qocayev Asəf Aydın oğlu bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarət alan 24 yaşlı oğlan reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin kim tərəfindən, hansı şəraitdə və nə səbəbdən törədilməsi məlum deyil. Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.