Yanvarın 16-na keçən gecə Bakı şəhərinin Xətai rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 02 radələrində Məhəmməd Hadi küçəsi 21 ünvanının qarşısında 1991-ci il təvəllüdlü, Suraxanı rayon Hövsan qəsəbə sakini Cəfərov Firudin Rəşid oğlu naməlum şəraitdə naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Ürək nahiyəsindən ağır xəsarətlər almış gənc “Azərsutikinti” xəstəxanasına aparılarkən ölüb.
Hadisə ilə bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri aparılır.