Bakı İstintaq Təcridxanasında daha bir məhbus özünü asıb. Lent.az-ın məlumatına görə, təcridxananın 4-cü korpusunda saxlanılan məhbus Cəbrayılov Natiq Şamxal oğlu özünü mələfə ilə asıb. N.Cəbrayılovun intihar etdiyini görən kamera yoldaşı mələfəni cıraraq onun həyatını xilas edib.
Məhbusun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, Natiq .Cəbrayılov və Nicat İbrahimov Bakı İstintaq təcridxanasında eyni gündə özünü asıb. N.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.
*****
11:40
Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən Lent..az-a verilən məlumata görə, yanvarın 25-də təcridxanada saxlanılan məhbus, 1991-ci il təvəllüdlü Nicat İbrahimov özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, N.İbrahimov Salyan rayon sakinidir. O, Cinayəıt Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs olunub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.