Bakıda 22 yaşlı qızı oğurlayıb zorlayanlarla bağlı yeni xəbər
15 yanvar 2014 12:13 (UTC +04:00)

Bakıda 22 yaşlı qızı oğurlayıb zorlayanlarla bağlı yeni xəbər

Bakıda gənc qızı oğurlayaraq evinə aparan və bir neçə gün ərzində onu zorlayan şəxsin törətdiyi əməllə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2013-cü il iyul ayının əvvəlində 22 yaşlı K.Ə-ni 2 nəfər tanışı ilə birlikdə oğurlayan və Ayna Sultanova küçəsindəki evdə girov saxlayan 30 yaşlı L.M-nın günahı sübuta yetirilib. Araşdırmalar nəticəsində məlum olub ki, Leysan adlı şəxs K.Ə-yə ciddi fikirlə yanaşdığını bildirib və onu aldadıb. Daha sonra o, çirkin əməlinin həyata keçirmək üçün hərəkətə keçib və qızı evə gətirib, məcburi şəkildə qızı orada saxlayaraq bir neçə gün ərzində zorlayıb. Həmin vaxt ərzində cinsi zorakılıqla yanaşı K.Ə fiziki zorakılığa da məruz qalıb. Hadisədən bir neçə gün sonra Leysan.M tutulub. Məlum olub ki, bu işdə ona iki nəfər digər şəxs də kömək edib.

 

Hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin 144 (adam oğurluğu) və 149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə iş başlanılıb.

 

Hər 3 şəxs həbs edilib. Başlanmış cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.

 

Qeyd edək ki, keçən ilin iyul ayında K.Ə başına gələnlər barədə Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9181
avatar

Nizam Rza

Oxşar yazılar