Noyabrın 5-də Bakı şəhərinin Sabunçu qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Ramaldanov Famin Yaqub oğlu qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən F.Ramaldanovun baldızı, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Hacıyeva Günay Etibar qızı tutulub.
Araşdırmalar nəticəsində məlum olub ki, 21 yaşlı G.Hacıyeva bacısının ərini özünü müdafiə etmək məqsədi ilə bıçaqlayıb. G.Hacıyeva bildirib ki, F.Ramaldanovun xeyli müddət imiş ki, onda gözü olub. Dünən 31 yaşlı oğlan baldızı ilə evdə tək qaldığı vaxt onunla yaxınlıq etməyə çalışıb. G.Hacıyeva isə özünü müdafiə etmək məqsədi ilə bıçağı götürüb və yaxın qohumunu bıçaqlayıb.
Qarın nahiyəsindən xəsarət almış F.Ramaldanov baldızından xahiş edib ki, onu nə üçün bıçaqladığını kimsəyə deməsin.