Bakıda 20 yaşlı qız faciəvi şəkildə öldü
10 dekabr 2013 12:56 (UTC +04:00)

Bakıda 20 yaşlı qız faciəvi şəkildə öldü

 

Dəm qazı Bakıda daha bir nəfərin həyatına son qoyub. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsində kirayədə yaşayan Quba rayonunun Digah kənd sakini, 1993-cü il təvəllüdlü Əlimuradova Gülnarə Namiq qızını yaxınları hamam otağında huşsuz vəziyyətdə aşkarlayıblar. Xəstəxanaya gətirilən 20 yaşlı qız tibbi müdaxiləyə baxmayaraq keçinib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1721
avatar

Nizam Rza

Oxşar yazılar