Bakıda 20 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1993-cü ildə Şabran rayonunda anadan olmuş və həmin rayonda qeydiyyatda olan Xalıqova Leyli Gülbudaq qızı yaşadığı mənzildə dəm qazından boğulub. 20 yaşlı qız hamam otağında olarkən qazın təsiri ilə huşunu itirib və hadisə yerindəcə keçinib. Onun meyitini yaxınları aşkarlayıblar.
L.Xalıqovanın ölümü ilə bağlı ekspertiza təyin edilib, araşdırmalar aparılır.