Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, Daş Karxanası küçəsi 73 ünvanında kirayədə yaşayan 1996-cı il təvəllüdlü Fərhadova Nərmin Nəriman qızı dəm qazından boğulub. N.Fərhadovanın meyiti bu gecə saat 23 radələrində yaşadığı mənzilin hamam otağında tapılıb.
Faktla bağlı araşdırmalar aparılır.