Bakıda 17 yaşlı oğlan 1 milyon manatı necə ələ keçirdi - SİYAHI - EKSKLÜZİV
27 fevral 2013 15:19 (UTC +04:00)

Bakıda 17 yaşlı oğlan 1 milyon manatı necə ələ keçirdi - SİYAHI - EKSKLÜZİV

Lent.az 2012-ci ildə və bu ilin yanvar-fevral aylarında Bakıda çoxsaylı mənzillərdən külli miqdarda pul və qızıl oğurlamış 17 yaşlı oğlanla bağlı yeni məlumatlar əldə edib. Məlumata görə, keçən ilin dekabr ayında Xətai rayonunun Tağızadə küçəsində yaşayan Babayev Samir Hənifə oğlunun mənzilindəki seyfdən 100 min manat dəyərindəki qızıl-zinət əşyalarını və xeyli valyutanı da Astara rayon sakini 17 yaşlı İsmayıl Qəhrəmanov oğurlayıb. Keçən il dekabr ayında İ.Qəhrəmanov 5 mərtəbəli binanın ikinci mərtəbəsindəki mənzilə pəncərədən keçməklə daxil olub.

Lent.az hüquq-mühafizə orqanlarından İ.Qəhrəmanovun Bakının 5 rayonunda müxtəlif evlərdən etdiyi oğurluqların bəzi detallarını əldə edib. Peşəkar oğru təkcə Nəsimi rayonu ərazisində 300 min manatlıq sərvət ələ keçirib. Ümumilikdə isə onun etdiyi oğurluqların miqdarının 1 milyon manatdan çox olduğu bildirilir. Zərərçəkənlər arasında xeyli tanınmış şəxslər də var.

Qeyd edək ki, yaxalanarkən İ.Qəhrəmanovun üstündən dəmir kəsmək üçün xüsusi alət və rezak götürülüb.

 

Xətai rayonu ərazisində

 

Samir Babayevin mənzilindəki seyfdən – 98 min manatlıq qızıl-zinət əşyaları, xeyli pul (manat, dollar və funt-sterlinq nominallarında)

Taleh Fəxrəddinova məxsus mağazadan – 1000 manat pul

Nobel prospektində yerləşən “Qasid” köşkündən – xeyli miqdarda tütün məhsulları və danışıq kartları (köşkün divarını söküb)

Rəşad Baxşıyev – qızıl-zinət əşyaları

 

 

 

Nərimanov rayonu ərazisində

 

Ramazan Kərimova məxsus ofisdən – 1850 manat

Ceyhun Yusifova məxsus ofisdən – noutbuk

Rəşid Ağayev – xeyli pul və qızıl-zinət

Qoşqar Osmanov – 5 min manat pul

Mərdan Cəfərovun mənzilinə oğurluğa girsə də, əliboş qayıdıb

Nicat Alıyev – pul və qızıl-zinət

Fəxrəddin Məhərrəmov – 24 min dollar, 20 min manatlıq qızıl-zinət

 

Binəqədi rayonu ərazisində

 

Bəxtiyar Mustafayev – xeyli miqdarda qızıl-zinət

Nizaməddin Hacıyev – 1200 manat

Nazim Əmirov – 4 min manat

Rizvan Zeynalov - 6400 manat, 730 dollar, xeyli avro və qızıl-zinət

Rəşad Əsədov – qızıl-zinət

Sənubər Zülfüqarova – qızıl-zinət

Tofiq Əliyev – qızıl-zinət

Səbinə Məmmədova – xeyli miqdarda pul

Sevinc Zeynalova – xeyli pul, qızıl-gümüş

 

Nizami rayonu ərazisində

 

Babək prospektində yerləşən 175 saylı uşaq bağçasından kamera, monitor, DVD

Roman Topareykov – 660 manat, xeyli qızıl-zinət

Zəminə Məhərrəmi – 650 manat, xeyli qızıl-zinət

Ramil Qurbanov – 500 manat, qızıl-zinət

Vüsalə Məmişova – 1000 manat

Rüfət Şirvanov – xeyli qızıl-zinət

Mənsuda Şamalıyeva – 600 avro, 800 funt-sterlinq, xeyli dollar, qızıl-zinət əşyaları

Kərim Kərimov – 1000 manat, xeyli qızıl-zinət

 

 

 

Nəsimi rayonu ərazisində (təxminən 300 min manat) 

 

Mustafayev Babək Məhəmməd oğlu – 30 min manatlıq qızıl

Məmmədov Məhəmməd İsa oğlu – 10 min rus rublu

Əhmədov Rüfət Şakir oğlu – 3300 manatlıq qızıl

Əliyev Əli Abdulla oğlu – 18 min dollar

Niftəliyev Sübhan Vaqif oğlu – qızıl qolbaq və noutbuk

Ağaverdiyeva Könül Şakir qızı – 2 min manatlıq qızıl

Qurbanov Dünyamalı Həbi oğlu – 6500 manatlıq qızıl

Əhmədov Rizvan İsrafil oğlu – 2 min manatlıq qızıl

Məmmədov Razim Eldar oğlu – 3 min manatlıq qızıl, 700 manat

Məmmədov Ruslan Hacıbala oğlu – 6 min manatlıq qızıl, 350 manat

Zülfüqarov Mehman Akif oğlu – 20 min manatlıq qızıl, 5 min manat pul

Rəhimova Renata Nazim qızı – 2200 manatlıq qızıl, 2 min manat pul

Sərdarov Sərdar Azər oğlu – noutbuk

Nəcəfov Nazir – 7600 dollar pul, 10 min manatlıq qızıl

Ağayev Elman Səlim oğlu - 300 manat

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7067
avatar

Nizam Rza

Oxşar yazılar