Bakı yollarına qənim kəsilən 2 nəfər tutuldu
08 oktyabr 2015 13:03 (UTC +04:00)

Bakı yollarına qənim kəsilən 2 nəfər tutuldu

0

Bakıda yol infrastrukturuna zərər vuran daha 2 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nərimanov RPİ TŞX və 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin avqust-sentyabr aylarında Z.Bünyadov prospektində Xüsusi Dövlət əhəmiyyətli yollarda rabitə kommunikasiya xidmətinə məxsus quyuların dəmir qapaqlarını, həmçinin suların axıdılması üçün quraşdırılmış dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Müşviq Həsənov və Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Urfan Alıyev tutulub.

 

Araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar