Bakı yaxınlığında torpaq uçqunu: ölən var
30 aprel 2013 09:57 (UTC +04:00)

Bakı yaxınlığında torpaq uçqunu: ölən var

 

Ötən gecə Abşeron rayonu ərazisində ölümlə nəticələnən torpaq uçqunu baş verib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, bədbəxt hadisə Binəqədi-Mehdiabad avtomobil yolunda aparılan qazıntı işləri zamanı yaşanıb. Abşeron Rayon Polis Şöbəsinin hadisə yerində olan əməkdaşları bildiriblər ki, avtomobil yolunun bir tərəfindən digər tərəfinə su xəttinin çəkilişi nəzərdə tutulduğundan, ərazidə təxminən 45-50 kv.m sahədə torpaq sahəsi 3-4 metr dərinlikdə qazılıb.

Bu vaxt ehtiyatsızlıq səbəbindən qazıntı sahəsində çalışan iki fəhlənin üstünə torpaq qatı dağılıb. Nəticədə fəhlələrdən biri, 54 yaşlı Dadaşov Əhməd Cənnət oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Xəsarət alan digər fəhlənin isə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisənin baş verdiyi ünvana Abşeron Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun nümayəndələri cəlb olunublar. Mərhum Əhməd Dadaşovun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib. İlkin ehtimala görə, hadisə fəhlələrin təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1756
avatar

Oxşar yazılar