Bakı yaxınlığında dəhşətli qəza: ölənlər var
01 oktyabr 2013 13:06 (UTC +04:00)

Bakı yaxınlığında dəhşətli qəza: ölənlər var

Sentyabrın 30-da saat 05.10 radələrində Abşeron rayonu Çaylı kəndinin ərazisində ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Göyçay rayon sakini Anar Rəcəbovun idarə etdiyi “VAZ 21 099” markalı və Abşeron rayon sakini Eldəniz Behbudovun idarə etdiyi “VAZ 21 03” markalı avtomaşınlar toqquşub. Nəticədə A.Rəcəbovun sərnişinlərindən Göyçay rayon sakini Cahandar Məmmədov hadisə yerində, digər sərnişini, Rusiya Federasiyası vətəndaşı İradə Yaqubi xəstəxanada ölüb.

 

Xəsarət almış E.Behbudov isə xəstəxanaya yerləşdirilib. Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

 

# 1743
avatar

Oxşar yazılar