BDU özünü qatarın altına atan tələbə ilə bağlı məlumat yaydı - <span style="color:red;">YENİLƏNİB
07 mart 2014 14:35 (UTC +04:00)

BDU özünü qatarın altına atan tələbə ilə bağlı məlumat yaydı - YENİLƏNİB

0

Bakı Dövlət Universitetinin (BDU) 2 gün əvvəl özünü metro qatarının altına ataraq intihara cəhd edən tələbə ilə bağlı məlumat yayıb. Lent.az-ın məlumatına görə, universitetin mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, hadisədən dərhal sonra Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilən BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya ixtisasının I kurs tələbəsi Dövran Mübariz oğlu Həsənov fakültə və tələbə yoldaşları tərəfindən sakit tələbə kimi xarakterizə olunur.

 

“Tələbə yoldaşlarının bildirdiyinə görə, o, 2013-2014-cü tədris ilinin I semestrində bütün dərslərdə iştirak etsə də, II semestrdə (fevralın 17-dən) dərslərə gəlməyib. Dövran Həsənovun ailə problemi olub və baş vermiş hadisə də bununla bağlı ola bilər. Tələbə yoldaşları onun psixoloji problemlərinin olduğunu və psixoloq yanında müalicə aldığını da bildirirlər. Tələbə yoldaşları, universitetin prorektoru, fakültənin dekanı, dekan müavinləri və əməkdaşlar bir neçə dəfə xəstəxanada onu ziyarət ediblər. Xəstə ilə intensiv əlaqə saxlanılır”.

 

Qeyd edək ki, intihara cəhd edən tələbənin valideynləri hələ də ona baş çəkməyib. D.Həsənovun yaxınlarının bu hadisədən xəbərsiz olduğu bildirilir.

 

 

*****

12:18

 

Bakı metrosunda 18 yaşlı oğlanın özünü qatarın altına ataraq intihar etməsinin videosu yayılıb. Lent.az day.az-a istinadən videonu təqdim edir.

 

Qeyd edək ki, martın 5-də Bakı Metropoliteninin “Ulduz” stansiyasında Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi, Ucar rayon sakini Dövran Həsənov intihar məqsədi ilə özünü qatarın altına atıb. 18 yaşlı oğlan hadisədən sonra ağır vəziyyətdə Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Onun bir qolu amputasiya edilib. D.Həsənovun vəziyyəti ağır olaraq qalır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 18166

Oxşar yazılar