Sentyabrın 30-na keçən gecə Bakı bulvarında qanlı hadisə baş verib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, parkın ərazisində, Neftçilər prospektinin kənarında 1986-cı il təvəllüdlü Ruslan Məmmədov bıçaqlanıb. Qarın boşluğundan daxilə nüfuz edən xəsarət almış şəxs Kliniki Tibbi Mərkəzə gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən R.Məmmədovu dindirmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır, R.Məmmədovun kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.