Bakı bulvarında özünü öldürən qadının kimliyi bilindi
05 yanvar 2015 10:33 (UTC +04:00)

Bakı bulvarında özünü öldürən qadının kimliyi bilindi

Bir neçə gün əvvəl Bakı bulvarında özünü dənizə ataraq intihar edən qadının kimliyi məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, araşdırmalardan sonra özünü öldürən qadının paytaxt sakini, 1970-ci il təvəllüdlü Hüseynova Yeganə Fərhad qızı olması müəyyən edilib. Məlum olub ki, 45 yaşlı Y.Hüseynova ruhi xəstədir.

 

Qeyd edək ki, meyitə ilkin baxış zamanı onun boyu 1 metr 62 sm olduğu məlum olub və əynində qara rəngli xəz, qara palıd rəngli kişi ayaqqabısı, qara uzunqol köynək və boğazından boyunbağıya taxılmış Quran aşkar edilib.
 

 

İntiharın səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180

Oxşar yazılar