Bakı bulvarında daha bir intihar
21 fevral 2013 09:46 (UTC +04:00)

Bakı bulvarında daha bir intihar

 

Bakı şəhərinin Səbail rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Dənizkənarı Milli Park ərazisində, “Hökumət evi” ilə üzbəüz hissədə şəxsiyyəti hələlik məlum olmayan şəxs özünü dənizə atıb. 65-70 yaşlı şəxsin meyiti sudan çıxarılıb. Meyitə baxış keçirilib və hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.

Hazırda intihar etmiş kişinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, bu hadisə son günlər Bakı bulvarında baş vermiş ikinci hadisədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2452
avatar

Nizam Rza

Oxşar yazılar