Bakı bulvarında 15 yaşlı oğlana qarşı cinayət
25 fevral 2014 13:09 (UTC +04:00)

Bakı bulvarında 15 yaşlı oğlana qarşı cinayət

0

Bakıda daha bir xarici ölkə vətəndaşı soyğunçuluğa məruz qalıb. Lent.az-ın məlumatına görə, fevralın 20-də Dənizkənarı Milli Parkda bir qrup naməlum şəxs İran vətəndaşı, 15 yaşlı Darbat Şərifliyə yaxınlaşıb. Yeniyetmə oğlan bulvarda idman ayaqqabılarını dəyişərkən tanımadığı 5 nəfərin hücumuna məruz qalıb. Naməlum şəxslər İran vətəndaşının üzük, boyunbağı və telefonunun üstündən götürərək uzaqlaşıblar.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nikita Zarbailov, Balakən rayon sakini Vüqar Ağcayev və Gürcüstan vətəndaşı Azim Musayev tutulub.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1406

Oxşar yazılar