Bakı Asiya Universiteti fəaliyyətini dayandırıb
08 sentyabr 2015 13:23 (UTC +04:00)

Bakı Asiya Universiteti fəaliyyətini dayandırıb

0

 Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hal-hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib. 

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Təhsil Nazirliyitərəfindən Universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.

 

Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar