Bakı-Sumqayıt yolunda yük maşını aşıb, tıxac yaranıb
20 sentyabr 2013 10:29 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda yük maşını aşıb, tıxac yaranıb

 

Bu gün Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt yolunda ağır avtomobil qəzası baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, saat 08 radələrində Bakı Futbol klubunun bazasının yaxınlığında, dəmiryolu körpüsünün üstündə “KamAz” markalı yük maşını idarəetmədən çıxaraq  aşıb. 

 

Qəzadan sonra yolda sıxlıq yaranıb. Nəqliyyatın hərəkəti intensiv olduğundan sıxlıq tıxaca gətirib çıxarıb.

 

Yolda nəqliyyatın normal hərəkəti təxminən 1 saat sonra bərpa edilib.

Qeyd edək ki, şəkillər aznews.az saytına məxsusdur. 

# 1917
avatar

Nizam Rza

Oxşar yazılar