Bakı-Şamaxı yolunda ağır qəza: <span style="color:red;">ölənlər var
09 mart 2016 10:21 (UTC +04:00)

Bakı-Şamaxı yolunda ağır qəza: ölənlər var

Bakı-Şamaxı yolunun 34-cü kilometrliyində ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, magistral yolun Abşeron rayonundan keçən hissəsində 1964-cü il təvəllüdlü Musayev Mehman Mirağa oğlunun idarə etdiyi "VAZ 2106" markalı, 10 EJ 521 nömrə nişanlı avtomobillə, 1966-cı il təvəllüdlü Şıxəliyev Mayis Ağazər oğlunun sürdüyü "Mercedes" markalı, 99 DV 462 dövlət qeydiyyatlı avtomobil toqquşub. Nəticədə "VAZ 2106"nın sürücüsü və sərnişini, 1975-ci il təvəllüdlü İbrahimov Elnur Həsən oğlu aldıqları ağır bədən xəsarətlərindən vəfat edib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241

Oxşar yazılar