Bakı-Qazax yolunda yük avtomobilləri toqquşub
18 iyun 2017 10:19 (UTC +04:00)

Bakı-Qazax yolunda yük avtomobilləri toqquşub

0

Hacıqabulda yük maşınları toqquşub, sürücülərdən biri xəsarət alıb. 

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

 

“Shacman” markalı yük avtomobili arxadan mişar daşı ilə yüklü olan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə “KamAZ” markalı avtomobil yoldan çıxaraq aşıb. Aşan avtomobilin sürücüsü Saatlı rayon sakini, 1964-cü il təvəllüdlü Əsədov Yaqub Ərzulla oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar