Bakıda baş vermiş dələduzluq əməli ilə bağlı polisə müraciət daxil olub. Lent.az-ın məlumatına görə, 9-cu Polis Bölməsinə müraciət edən 1972-ci il təvəllüdlü Alxan Məmmədov bildirib ki, tanışı, 1983-cü il təvəllüdlü Asiman Baxışova 700 manat verib. A.Məmmədov pulu mayın 16-da Neftçilər prospekti 2 ünvanının qarşısında verdiyini, məqsədinin isə “zerkalni” avtomobil nömrəsi almaq olduğunu qeyd edib. Lakin A.Baxışov verdiyi sözə əməl etməyib və vəd etdiyi nömrəni sifarişçiyə verməyib.
Hazırda müraciət əsasında araşdırmalar aparılır.