Martın 28-də Ucar rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qazıyan kəndində yaşayan babasının evinə qonaq gəlmiş Göyçay rayon sakini, azyaşlı Fidan Həşimova kəndinin ərazisindən keçən su kanalına yıxılıb. Azyaşlı suda boğularaq ölüb.
Faktla əlaqədar araşdırma aparılır.