Ukraynanın Kremençuq şəhərinin azərbaycanlı meri Oleq Babayevin ölümü ilə bağlı iş məhkəməyə göndərilib.
APA-nın “rian.com.ua” saytına istinadən xəbərinə görə, Poltava vilayəti prokurorluğunun istintaq bölməsi Oleq Babayevin ölümü ilə bağlı məhkəmə öncəsi araşdırmanı yekunlaşdırıb. Prokurorluq 4 şəxsə qarşı ittiham aktını məhkəməyə göndərib.
Xatırladaq ki, Oleq Babayev ötən il iyulu 26-da sinəsindən aldığı güllə yarası ilə evinin qarşısında öldürülüb. Hadisə ilə bağlı 4 nəfər - sifarişçi, təşkilatçı və 2 icraçı həbs olunub. Onlar Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunurlar.