Azərbaycanda "yol terror"u davam edir: 5 ölü, 11 yaralı
14 dekabr 2014 10:47 (UTC +04:00)

Azərbaycanda "yol terror"u davam edir: 5 ölü, 11 yaralı

Dekabrın 13-də Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları 5 nəfərin həyatına son qoyub. Lent.az-ın məlumatına görə, son sutka ərzində ümumilikdə 10 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə dünyasını dəyişən 5 nəfərdən başqa 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Dünən ən ağır yol qəzası Qubada baş verib və "Mercedes Vita" ilə "VAZ 2107"nin toqquşması 2 nəfərin həyatına son qoyub, daha 6 nəfər isə ağır yaralanıb.

 

Baş vermiş hər bir hadisə ilə bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 62
avatar

Nizam Rza

Oxşar yazılar