Şənbə və bazar günü, eləcə də oktyabrın 28-nə keçən gecə Azərbaycanda baş vermiş yol qəzalarında 15 nəfər ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şənbə günü ölkə ərazisində 9 yol qəzası qeydə alınıb. Nəticədə 3 nəfər ölüb, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bazar günü isə respublika yollarında 8 yol qəzası qeydə alınıb. Nəticədə 9 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Oktyabrın 28-nə keçən gecə Sumqayıt şəhərində və Samux rayonunda baş vermiş hadisələr isə 3 nəfərin həyatına son qoyub.
Qeyd edək ki, hər il Azərbaycanda 1000 nəfərdən çox adam yol qəzalarında ölür.