Noyabrın 26-da Azərbaycanda baş vermiş yol qəzalarında 3 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, gün ərzində 10 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 3 nəfər həlak olub, daha 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ağstafada sərnişin mikroavtobusunun “KamAZ”a çırpılması nəticəsində 2 nəfər həlak olub. Sumqayıtda isə minik avtomobili maneəyə çırpılıb və 1 nəfər dünyasını dəyişib.
Bundan başqa noyabrın 23-də Səbail rayonu Salyan yolu 12-nin qarşısında Elman Mustafayevin idarə etdiyi «VAZ 2106» markalı və Yavər Qasımovun idarə etdiyi «Mercedes» markalı avtomobillər toqquşub. Xəsarətlərlə xəstəxanaya daxil olan E.Mustafayev noyabrın 26-da ölüb.
Hər bir hadisə ilə bağlı araşdırma aparılır.