Ağcabədi rayonunda vəzifə saxtakarlığına yol vermiş məmura cinayət işi açılıb. Lent.az-ın məlumatına görə, rayonun Aşağı Avşar kənd İcra Nümayəndəliyinin sədr müavini Həsənov Ramil Məhəmməd oğlunun keçən ilin oktyabr ayında vətəndaşa saxta sənəd verməsi müəyyən edilib. Fakta görə, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə iş başlanılıb.
Cinayət işinin istintaqı davam etdirilir.