Azərbaycanda tələbə itkin düşüb
27 mart 2014 17:09 (UTC +04:00)

Azərbaycanda tələbə itkin düşüb

0

Qəbələ rayonunda 17 yaşlı oğlan itkin düşüb. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qəbələ şəhərinin Məmməd Araz küçəsindəki 12 saylı mənzildə yaşayan Surxayev İlqar Rafiq oğlu Qəbələ RPŞ-nə ərizə ilə müraciət edərək bildirib ki, onunla birgə yaşayan oğlu 1997-ci il təvəllüdlü Cavid Rafiqli martın 25-də səhər saat 10:00 radələrində evdən çıxaraq bir daha geri qayıtmayıb. Hazırda polis əməkdaşları tərəfindən Cavid Rafiqlinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Qəbələ rayon Peşə Liseyinin tələbəsi olan Rafiqli Cavid İlqar oğlunun boyu 1 metr 60 santimetr, saclarının rəngi sari, gözlərinin rəngi şabalıdıdır. Evdən çıxarkən onun əynində göy rəngli gödəkcə və cins şalvar, şabalıdı rəngdə ayaqqabı olub. Onu görənlərdən və ya yerini bilənlərdən Qəbələ rayon Polis Şöbəsinin 051-985-02-02 və 055-607 64 70 telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2001

Oxşar yazılar