Azərbaycanda qəbiristanlıqda <span style="color:red;">GÖRÜNMƏMİŞ OLAY : <span style="color:red;">70-dən çox məzar... - FOTOLAR  - YENİLƏNİB
02 aprel 2019 11:47 (UTC +04:00)

Azərbaycanda qəbiristanlıqda GÖRÜNMƏMİŞ OLAY: 70-dən çox məzar... - FOTOLAR - YENİLƏNİB

Aprelin 1-də Şəmkir rayonunun Keçili kəndinin bir qrup sakini DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək martın 31-dən aprelin 1-nə keçən gecə kənd ərazisində yerləşən qəbristanlıqda naməlum şəxs və ya şəxslər tərəfindən  iki qəbir daşının yararsız hala salınması, 50-dən çox məzar daşının isə yaxınlığında olan  güldanlarının qırılmasını bildiriblər.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şəmkir rayon Keçili kənd sakini, 26 yaşlı Coşqun Nəcəfli saxlanılıb. 2010-cu ildən Şəmkir rayon Poliklinikasında epilepsiya, yəni tez-tez qıcolma tutmaları şəxsiyyətin dəyişməsi diaqnozu ilə qeydiyyatda olan C. Nəcəfli ilkin dindirilmə zamanı törətdiyi hadisəni etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 
 
 
***
 
10:36
 
Şəmkirdə olan qəbiristanlıqda cinayət törədən şəxs tutulub.
 
Lent.az-ın məlumatına görə, Şəmkir rayon sakini polisə müraciət edərək Keçili kənd qəbiristanlığında 70-ə yaxın qəbrin sındırılaraq yararsız hala salınmasını bildirib.
 
Polis əməkdaşlarının şikayət əsasında araşdırması nəticəsində kənd sakini hadisənin 1993-cü il təvəllüdlü Coşqun Nəcəfli tərəfindən törədilməsi məlum olub.
 
Müəyyən edilib ki, C.Nəcəfli martın 31-də günorta saatlarında kənd qəbiristanlığına gedərək orada olan iki ədəd qəbir daşını və 50 ədəd qəbir daşlarının üzərində bərkidilmiş mərmər materialından olan güldanları vurub sındırıb.
 
Kənd sakini həmçinin 7 ədəd  qəbrin baş daşına bərkidilmiş süni güllərin lentini kəsərək ətrafa səpələyib, qəbirlərin üzərinə düzülmüş qərənfilləri ətrafa dağıdıb.
 
Faktla bağlı araşdırma başlanıb. C.Nəcəfli polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1723

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15